Məşhur türk haker qrupu “Ayyıldız Tim” “Coca-Cola”nın saytına girişi əngəlləyib.
Avropa.info-nun məlumatına görə, məşhur haker qrupu İsrailin Qəzzanı bombardman etməsindən sonra hərəkətə keçib.
“Ayyıldız Tim” dünyanın məşhur “Coca-Cola” şirkətinin saytına hücum edərək saytı dağıdıb.
Qrup açıqlama verərək “Gəzzada ölan məsum körpələr üçün “Coca-Cola”nın saytını bağladıq. “Coca-Cola”nı boykot edirik”-deyib.
“Ayyıldız Tim”in lideri İsrailin Gəzzaya hücumlarını davam etdirəcəyi təqdirdə kiber hücumların daha da şiddətlənəcəyini bildirib.