Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərlidən yeni xəbər var.
ANS PRESS-in məlumatına görə, ifaçı müqaviləli olduğu Türkiyənin tanınmış “Dokkuz Sekkiz Muzik” musiqi şirkəti üçün fotosessiya etdirib. Bu barədə ifaçının mətbuat katibi xəbər verib. Onun sözlərinə görə, R,Zərgərlinin yeni şəkilləri “Oyuncaq” adlı mahnısının piarı üçün lentə alınıb.
Fotoqraf Fidan Süleymanlı foto-kameraları önünə keçən ifaçının obrazları üzərində stilist Sədi Əliyev və Ceyhunə Hacıyeva işləyib.
Xatırladaq ki, R.Zərgərli “Oyuncaq” adlı mahnını Türkiyənin tanınmış rok qrupu “Pankart” qrupu ilə ifa edib. Sözügedən bəstəyə klip təqdimatı bu yaxınlarda media təqdim olunacaq. R.Zərgərlinin yeni fotosessiyasından şəkilləri təqdim edirik.
http://s020.radikal.ru/i712/1407/3e/645cda58f531.jpg
http://s020.radikal.ru/i721/1407/0e/1bdf2305aa5c.jpg
http://s006.radikal.ru/i214/1407/d9/a4007119dbac.jpg
http://i031.radikal.ru/1407/5e/ef542ee50d60.jpg
http://s019.radikal.ru/i619/1407/98/717e773f3046.jpg
http://s019.radikal.ru/i636/1407/f4/5f51c1ea9138.jpg
http://s52.radikal.ru/i137/1407/7f/62a315a7efa3.jpg