Millət vəkili Qənirə Paşayeva ölkənin siyasi-ictimai həyatında oynadığı rola görə 3-cü Sektor İctimai Birliyi tərəfindən “Mətbuatın Dostu” mükafatına layiq görülüb.Milli Mətbuat günündə keçirilən tədbir zamanı mükafat üçün təşkilatçılara təşəkkür edən millət vəkili Qənirə Paşayeva inşallah bu mükafatlara, bu etimada layiq olmaq üçün daha da çox çalışmalı olduğumu bilirəm və inşallah Allah bunu bizə nəsib edər deyib. Bütün həmkarlarımı Milli Mətbuat Günümüz münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva çıxışında deyib:” Bu şərəfli peşənin adını uca tutan,onu nüfuzdan salmayan,cəmiyyətdə jurnalstikaya etimadı zədələməyən, daima jurnalistikanın prinsiplərinə sadiq olaraq bu adı ucalara qaldıran bütün jurnalstləri, mətbuat işçilərini Milli Mətbuat günümüz münasibəti ilə təbrik edirəm.
22 iyul 1875 ildə “Əkinci” qəzeti ilə bu qüruru bizə yaşadan böyük Həsən bəy Zərdabi və mətbuatımızın inkişafı üçün ömrünü fəda etmiş bütün böyük aydınları isə rəhmətlə yad edir və qarşılarında baş əyirik. Əziz həmkarlarım, sizin hamınıza can sağlığı, mutluluq və şərəfli peşənizdə bol uğurlar diləyirəm! Bayramımız mübarək olsun! Mən sizə özümün ən böyük arzuma çatmanızı diləyirəm. Bilirəm ki, bütün jurnalistlərin ən böyük arzularındandır ki, inşallah Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunmasını ilk yazan, ilk xəbər verən jurnalistlərdən biri olsun. Milli Mətbuat bayramımıza kimi bu gün Laçını azad etdik, Şuşa artıq tamam azad edilir, bayrağımız Xocalıya asıldı, kömkünlərimiz Xankəndinə qayıtmağa başladı kimi başlıqla xəbərlər yaza bilməyi mən sizə və özümə hamımıza arzu edirəm. Arzu edirəm ki, Milli Mətbuatımızın 140 illiyini Şuşada, Cıdır Düzündə də qeyd edək və canlı yayımla bu cür tədbirləri bütün xalqımıza göstərə bilək. İnanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında bir dövlət və millət kimi bunu edəcəyik və bu cür gözəl tədbirləri o gözəl torpaqlarımızda da qeyd edəcəyik. Sizə həm də qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edir və bütün dualarınıza çatmanızı diləyirəm”.