Bu gün Yeni Musavat qəzetinin qurucusu və baş redaktoru, musavat.com və minval.az saytlarının təsisçisi Rauf Arifoğlunun ad günüdür. Rauf bəyin 48 yaşı tamamlanır. Onu bu münasibətlə təbrik edir, uzun ömür, cansağlığı arzu edirik.
Rauf Arifoğlu Azərbaycanda azad, müstəqil mətbuatın yaradılmasında, həmçinin inkişafında bənzərsiz və danılmaz xidmətləri olan, milli qəzetçiliyə məxsusi dəst-xətt gətirmiş və “Yeni Müsavat” kimi dəyərli məktəb yaratmış, nəhayət, mətbuat tariximizə özünün silinməz möhürünü basmış çağdaş jurnalistikanın ən nüfuzlu nümayəndələrindən biridir. Onun zəngin jurnalist fəaliyyəti tarix, zaman və tutum etibarilə həm də Azərbaycanın müstəqilliyi ilə həmyaşıd sayıla bilər.
Rauf bəy ömrünün neçə-neçə qiymətli ilini bu müstəqillik uğrunda mübarizə meydanlarında keçirib. Lakin nə həmin yolun çətinlikləri və məhrumiyyətləri, nə də iki dəfə üzləşdiyi məhbəs həyatı onu sındıra, ruhdan sala, tutduğu amaldan sapdıra bilməyib. Bu gün də o, eyni əzm və şövqlə doğru bildiyi yolu inamla davam etdirir.
“Yeni Müsavat”çılar baş redaktoru əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, şəxsi həyatda və ictimai fəaliyyətində bütün hədəflərinə çatmağı arzu edir.
Medianews.az olaraq bizdə bu təbriklərə qoşulur,həyatda bütün işlərində uğurlar arzu edirik.