“Əlbəttə, həyat yoldaşımın ayaqlarını yuyaram. İnan Allaha ki, yuyaram. Ona qulluq eləməkdən zövq alıram, uşaqlarıma əziyyət çəkməkdən zövq alıram”.
“Qafqazinfo”nun xəbərinə görə, bunu 1937.az saytına müsahibəsində Əməkdar artist Gülyanaq Məmmədova deyib. O, mətbəxdə özümü çox xoşbəxt hiss etdiyini də söyləyib.
Müğənni gec yaşda ailə qurduğunu da etiraf edib: “Hə, 33 yaşımda ailə qurmuşam. Amma çox xoşbəxtəm. Vallah, ailədən gözəl heç nə yoxdur.
Düşündüm ki, sənətimlə bağlı problemləri həll edim, sonra ailə qurum. Bu cür də oldu”.