Formula-1 yarışlarında yeddiqat dünya çempionu titulunu qazanan Mixail Şumaxerin həyat yoldaşı Korinna Şumaxer ərinin təyyarəsini 20 milyon avroya satır. Modern.azxarici mətbuata istinadən xəbər verir ki, “Falcon 200EX təyyarəsi 8 nəfər sərnişin üçün nəzərdə tutulub. Yeni təyyarənin qiyməti 25 milyon avrodur.
Xatırladaq ki, Şumaxer ötən il dekabrın 29-da Fransanın Meribele dağ-turizm kompleksində yıxılaraq beynindən zədə alıb. Uzun müddət koma vəziyyətində qalan dünya çempionu bu yaxınlarda özünə gəlib, onun normal həyata qayıtması üçün də xeyli reabilitasiya prosesindən keçməsi lazımdır.