Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın Milli.Az-a müsahibəsi.
– Səbinə xanım, yaşınızın az olmasına baxmayaraq, Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə daxil ola bilmisiniz. Bu uğuru ən çox nə ilə əlaqələndirmək olar?
– Heç özüm də bilmirəm (gülür). Yəqin ki, çalışqanlığım və böyük cəhdlər sayəsində səhnəyə çıxmışam. Bu da bir faktdır, mən yeganə aktrisalardanam ki, teatra rolla gəlmişəm.
– Bəs sənətə gəlişiniz necə oldu? Oxucuları bir az bu barədə məlumatlandırsanız, yaxşı olar.
– İncəsənət meylim uşaqlıqdan olub. Rəqs dərnəyini bitirmişəm. “Tanqo” rəqsi üzrə ixtisaslaşmışam. Bu maraq məni Dövlət Mədəniyyət və İncəsənt Universitetinə apardı. Oranı bitirdikdən sonra aktrisa kimi fəaliyyət göstərməyə başladım.
– Səhv eləmirəmsə, teatrdan qabaq seriallarda çəkilməyə başladınız…
– Bəli, “Həyat varsa”, “Ultionis”, “Bir ovuc torpaq” və s. kimi film və seriallarda baş rola çəkilmişəm. “Qanun naminə” adlı çoxserialı filmdə isə ikinci rejissor olmuşam.
– Maraqlıdır, rejissorluq qabiliyyətiniz də var?
– Var, ancaq sırf bu sahədə peşəkarlaşmaq və fəaliyyət göstərmək isətmirəm. Aktrisalıq mənə daha yaxındır.
– Hələ bir durğunluq yaranmayıb ki? Yenə də seriallardan təkliflər alırsınız?
– Sözsüz, təkliflər davam edir. Yeni serialın çəkilişlərinə başlamalıyıq, inşallah.
– Ailənizin, bu sənətdə olmağınıza münasibəti necədir bəs?
– Sağ olsunlar, onlar məni dəstəkləyirlər. Valideyinlərimin məsləhətinə hər zaman ehtiyacım var. Əksər məsələlərdə onların dedikləri ilə razılaşıram və xeyir tapıram.
– Dediniz ki, rəqslə məşğul olmusunuz. Həmin dövrlərdə qazanc məqsədi ilə toylara gedirdiniz?
– Bəli, gedirdim. Ancaq sonradan valideynlərimin məsləhəti ilə toylardan da “ayağımı kəsdim” (gülür).
– Ailəlisiniz?
– Xeyr, hələ subayam. Düşünürəm ki, ailə qurmaq üçün hələ tezdir.
– Belə gözəl bir xanıma, yəqin ki, elçi düşənlər çoxdur.
(gülür)… Elçilər gəlməyinə gəlir, amma qapını açmırıq, elə bilirlər ki, evdə yoxuq (gülür).
– Sizcə, gələcəkdə elə bir rol ola bilərmi ki, ondan imtina edəsiniz?
– Aktrisanın roldan imtina etmək hüququ varsa, ola bilər ki, hansısa bir roldan imtina edərəm. Amma düşünürəm ki, mənə həvalə olunan hər bir rolu oynamalıyam.
http://s004.radikal.ru/i207/1407/cf/a5a969220ee4.jpg
http://s019.radikal.ru/i606/1407/7b/65225b7fdcde.jpg
http://s019.radikal.ru/i620/1407/6b/fa442d061fd8.jpg
http://s50.radikal.ru/i130/1407/f2/473057ea9f09.jpg
http://s010.radikal.ru/i313/1407/7f/81dff478469c.jpg
http://s019.radikal.ru/i619/1407/20/72b92b2e3f15.jpg
http://s013.radikal.ru/i323/1407/ef/2cd3bc479f02.jpg