“Siz tərəfə “quş” uçdu…”
Ukraynanın Təhlükəsizlik Xidməti Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsinin vurulmasına 2 dəqiqə qalmış terrorçuların danışığının ələ keçmiş yazısını yayıb. Musavat.com-un UNİAN-a istinədən verdiyi məlumata görə, audio-yazıdan aydın şəkildə görünür ki, layner məhz separatçılar tərəfindən vurulub salınıb.