Səbinə Rəhimova yenidən gündəmdə…
Reperlər PRoMete (Pərviz İsaqov), Albay Əfəndi və “Yeni Ulduz 10” mahnı müsabiqəsinin iştirakçılarından olan müğənni Səbinə Rəhimova yeni klip təqdim ediblər.
Oxu.Az xəbər verir ki, “Dəbdəbə” adlı mahnıya çəkilən klipin rejissoru Kamran və PRoMetedir.
Xatırladaq ki, bir müddət əvvəl Səbinə Rəhimovanın erməni tələbə Levon Harutyunyanla çəkdirdiyi “selfie” mediada böyük səs-küy yaratmışdı.