“Çox təəssüflər olsun ki, bizim qızlarımız Ermənistanda keçirilən Avropa Oxçuluq yarışmasında dünən mübarizəni dayandırıblar. Onlar bu gün keçiriləcək final mərhələsinə yüksələ bilməyiblər”.
Bunu Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, idmançılarımız 75 iştirakçı içində yarışmanı 33-cü yerdə başa vurublar.
S.Məmmədova Ermənistanda olan komanda üzvlərimizin bugün geri qayıdacağını bildirib.
Qeyd edək ki, iyulun 21-dən Ermənistanın Armavir vilayətinin Arşalyus bölgəsində Avropa Oxçuluq yarışması keçirilir. Bu gün həmin yarışmanın final mərhələsi baş tutacaq.
Azərbaycandan Ermənistana getmiş heyətin tərkibi 6 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarətdir.