İspaniya 3-cü Liqa klublarından biri qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb.
ANS PRESS-in məlumatına görə, “CD Leonesa” klubu yeni mövsümdən etibarən smokin dizaynlı forma geyinəcək. Fərqli dizaynlı formaları izləsək də rəsmi geyimi xatırladan forma dizaynı ilkdir.
Bu formalar sosial şəbəkələrdə də böyük marağa səbəb olub. İnsanlar klassik geyimi xatırladan kostyuma bənzər formaları xeyli müzakirə ediblər.