“Konçita kimi özünə saqqal qoyaraq bütün dünyanın xəstələrinin səsini toplamaq çox asandır”.
Tanınmış bəstəkar Gövhər Həsənzadə yayda istirahət etməyi sevmir. Yenə işinin başında, gərgin iş rejimindədir.
Medianews.az teleqraf.com-a istinadla bəstəkarın müsahibəsini ixtisarla təqdim edir:
Gecə həyatı, diskoteka…
Onunla söhbətə istirahətdən başlayırıq. Bəstəkar xanım harada və necə istirahət etməyindən danışır:
“Hələ ki, istirahət edə bilməmişəm. Çünki hələ həll etməli olduğum ailə və studiya işləri var. 30-dan çox ölkə gəzmişəm və əminliklə deyə bilərəm ki, Azərbaycanın təbiətindən heç yerdə yoxdur. Amma deyə bilmərəm ki, bölgələrimizdəhansısa otelə getmişəm, mənə xidmət göstəriblər, bu, olmayıb. Belə təbiətimizlə təqdim etdiyimiz xidmət əla olsa turizmimiz inkişaf edər. Türkiyə turizmindəki xidmətin yanında biz kölgədəyik. Təvazökarlıqdan uzaq, mən həmişə beş ulduzlu otellərdə qalmışam və çox yüksək səviyyəli xidmətin şahidi olmuşam. Bunlar məsələnin bir tərəfi, əslində mən ümumiyyətlə, yayda istirahəti başa düşmürəm. Çünki dəniz, günəş, isti, qum, çimərlik geyimlərini sevmirəm, bədənim açıq olanda çox əsəbi oluram. İnsan var ki, açıq geyinməyi, gün qəbul etməyi, qaralmağı çox sevir. Mənim üçün mənəvi istirahət daha önəmlidir”.
“Məsələn, Konçita kimi…”.
“Əgər biri həyatın qanunlarına uyğun yaşamırsa, başında problem varsa, o istəyir ki, ondan çox olsun, ona dəstək verənlər çoxalsın. Məsələn, Konçita kimi…Onlar bilə-bilə ki, düz yolda deyillər, səhvlərini doğru olan kimi qəbul etdirmək üçün dəstəkçilərin sayını artırırlar. Çoxluq keyfiyyət deyil. Pis şey həmişə çoxdur – bu aksiomadır. Çünki pislik etmək çox asandır. Yaxşılıq etmək çətindir. Bir dəfə “Eurovision” üçün “Day afterday”i yazıb, 8 il o mahnını baş ucalığı kimi saxlamaq çətindir. Amma Kontiça kimi özünə saqqal qoyaraq bütün dünyanın xəstələrinin səsini toplamaq çox asandır”.