Dünən ölkənin ən qədim banklarından biri – Kapital Bank 140 illiyini qeyd edib.
Azərbaycan Əmanət Bankının sələfi olan Kapital Bankın ilk məntəqəsi 1874-cü ilin iyul ayının 24-də Əmanət kassası kimi fəaliyyətə başlayıb.
Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra 1919-cu ilin sentyabr ayının 30-da Azərbaycan Dövlət Bankı açılıb.
1920-ci ilin aprel ayının 28-də ADR-nin süqutundan sonra Azərbaycanın İnqilab Komitəsinin 1920-ci il 9 iyun tarixli fərmanı ilə Rusiya dövlət bankının Bakı filialının fəaliyyəti dayandırılıb və bütün kredit bank strukturları kimi bu struktur da yeni yaradılan Xalq Bankın tərkibinə daxil edilib.
2004-cü ilin dekabr ayının 29-da bankın adı Kapital Bank olaraq dəyişdirilir və bu gün də öz fəaliyyətini davam etdirir.