Uşaq Paralimpiya Komitəsi (UPK) tərəfindən üzgüçülük idman növünə cəlb olunan ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 4 yaşlı İmran Cəfərov ilk məşqini edib. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov məlumat verib. O, bildirib ki, İmranla bərabər daha 4 saglamlıq imkanları məhdud uşaq da üzgüçülüklə məşğul olur:
Ötən il yaşadığı faciə ilə əlaqədar olaraq İ.Cəfərzadə suya psixoloq köməyi ilə girib.
“2013-cü ilin avqust ayında ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. UPK-nin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları uyğun idman növlərinə cəlb etməklə, ehtiyat idmançıların hazırlanmasıdır. Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması, onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına geniş şərait yaradacaq”.
Qeyd edək ki, artıq UPK-də 5 idman növü fəaliyyət göstərir. Bu idman növlərinə cüdo, stolüstü tennis, bossia, pauerlifting və üzgüçülük daxildir. Ümumilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud uşaq proffesional idmana cəlb olunub. Stolüstü tennis idman növü ilə məşqul olan 12 yaşlı Fəxri Soltanov cari ilin mart ayında ilk beynəlxalq yarışda ölkəmizi təmsil edib. O, iyul ayında olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medala sahib olub. Hal hazırda üzgüçülük idman növünə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunur.
Xatırladaq ki, güllə atıcılığı üzrə Milli paralimpiya komandamızən idmançıları komanda yarışlarında Almaniyada keçirilən dünya çempionatinda 50-metr yarishmada fəxri 3-cü yerin qalibi olub. 2 gün əvvəl 10 metr məsafədə də komanda 2-ci yerin sahibi olub. (anspress.com)
http://i031.radikal.ru/1407/70/3eac95c8ef81.jpg
http://s52.radikal.ru/i137/1407/32/1cbdae136ea4.jpg
http://s019.radikal.ru/i632/1407/24/7d3b83bcebf1.jpg