Oxucularımızdan biri, Azərbaycanın tanınmış rəqqasəsi Oksana Rəsulovanın iştirak etdiyi “İndia’s best cinestar ki khoj” yarışmasında bir faktı üzə çıxarıb.
Medianews.az-ın elektron ünvanına göndərilən materialı sizlərə təqdim edirik:
Azərbaycanın tanınmış rəqqasəsi Oksana Rəsulovanın “İndia’s best cinestar ki khoj” yarışmasında finala qalmasını təqdir edir və alqışlayıram. Ancaq proqramın və yarışın təşkilatçıları burada Azərbaycana qarşı ciddi sayğısızlığa yol verərək Azərbaycanın ərazisini təhrif etmiş, Qarabağı ermənistan ərazisi kimi göstərmişlər.
Ümumiyyətlə bu videonun 35-ci saniyəsində əks olunan bu xəritə tamamilə yanlışdır.
Məsələ ilə bağlı, aidiyyatı orqanların və səlahiyyətli şəxslərin bu təxribata qarşı vaxtında tədbir görməsini ümid edirik.