Qondarma “ erməni soyqırımı” mövzusunda çəkilən “Çapıq” filmi 71-ci Venesiya beynəlxalq kino festivalına təqdim ediləcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi türk mənşəli alman rejissoru Fatih Akinomdur. Qeyd edək ki, festival 27 avqust-6 sentyabr arasında olacaq.
Filmdə guya “erməni soyqırımı”ndan azad olmuş Nazaret Manukyan, öz xatirələrini danışır. O, illər sonra bilir ki, əkiz qızları Osmanlı imperiyasının “soyqırımı”ndan xilas olub və bundan sonra Nazaret Manukyan onları axtarmağa başlayır.