Avropada yüksək məbləğdə borcu olan klubların adları açıqlanıb. Qol.az-ın məlumatına görə, 10 komandanın yer aldığı siyahıda daha çox İngiltərə klubları təmsil olunur.
Bu ölkənin 5 klubu ilk 10-luqda qərarlaşıb. Siyahıya 569 milyon dollar borcu olan İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. “Arsenal” (384 milyon dollar) ikinci, “Valensiya” isə (374 milyon dollar) üçüncü olub.
1. “Mançester Yunayted” (İngiltərə) – 569 milyon dollar
2. “Arsenal” (İngiltərə) – 384 milyon dollar
3. “Valensiya” (İspaniya) – 374 milyon dollar
4. “Bolton” (İngiltərə) – 267 milyon dollar
5. “Real” (Madrid, İspaniya) – 165 milyon dollar
6. “Barselona” (İspaniya) – 156 milyon dollar
7. “Kvins Park Reyncers” (İngiltərə) – 145 milyon dollar
8. “Liverpul” (İngiltərə) – 110 milyon dollar
9. “Yuventus” (İtaliya) – 83 milyon dollar
10. “Borussiya” (Dortmund, Almaniya) – 82 milyon dollar