İstanbulun mərkəzində tranvayda maraqlı bir video görüntülənib.
ANS PRESS-in məlumatına görə, tranvayda kişi sərnişinlərdən biri əxlaqsız hərəkət edib. Əlində çanta saxlayan həmin şəxs qadın sərnişini təcavüz edib.
Kişinin qabağında dayanan qadın onun bu hərəkətini hiss etdikdə yerini dəyişmək istəsə də insanların çoxluğundan bunu edə bilməyib.
Baş verənlərin şahidi olan digər şəxs isə həmin andaca telefonunu əlinə götürərək gizli şəkildə həmin anları çəkib.
Sözügedən video sosial medianın ən çox izlənilən görüntülərindən olub və insanlar tərəfindən müzakirə olunub. Həmin görüntünü sizə təqdim edirik: