Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev yaxınlığında yerləşən təlim mərkəzinə səfəri zamanı Milli Qvardiyanın şəxsi heyətini müasir silahlarla silahlandırıb.
Modern.az-ın məlumatına görə, prezident Milli Qvardiyanın xüsusi təyinatlı birinci briqadasına tanklar, müasir tipli “BTR-3”, “BTR-4” və “Cougar” zirehli döyüş maşınlarını təqdim edib. Daha sonra prezident Poroşenko və Ali Radanın sədri Aleksandr Turçinov hərbi texnikalara baxış keçiriblər. <p”>Xatırladaq ki, bir neçə gün öncə, iyulun 25-də Ali Radada çıxışı zamanı maliyyə naziri Aleksandr Şlapak ölkənin cənub-şərqində hərbi əməliyyatların aparılması üçün xəzinədə vəsaitin olmadığını söyləmişdi. Nazir rəsmi bəyan etmişdi ki, avqustun 1-dən hərbçilərə pul ödəmək üçün vəsait yoxdur.
http://i066.radikal.ru/1407/ae/3f54b8f67aa5.jpg
http://s018.radikal.ru/i500/1407/e5/6a61dcb5b9e5.jpg
http://s48.radikal.ru/i119/1407/e3/65ca282f0f76.jpg
http://s020.radikal.ru/i707/1407/a1/891f269ac84d.jpg