Tovuzda sürətlə idarə olunan avtomobil ailənin yeganə övladının həyatına son qoyub. Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində şadlıq evlərindən birinin qarşısında baş verib. Anası ilə toydan çıxan 11 yaşlı Teymur Zeynalovu Ağstafa rayon Tatlı kənd sakini 26 yaşlı Əkbər Məmmədov idarə etdiyi “KİA” markalı maşınla vurub. Ağır bədən xəsarətləri alan Teymur Zeynalov Tovuz Mərkəzi rayon Xəstaxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən 26 yaşlı Əkbər Məmmədovu Tovuz polisi saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.