Azərbaycanlı gənclər “Ramazan ayı bitsə belə, yaxşılıqlar davam edir” mesajlı yeni video-çarx hazırlayıblar. ANS PRESS-in məlumatına görə, bir qrup inanclı gənc mübarək Ramazan ayı bitsə də, yaxşılıqların davam etdirilməsini və vacibliyini göstərmək məqsədilə bir araya gələrək uğurlu bir iş həyata keçiriblər. Klipin rejissorluğunu Orxan Bektaş, prodüsserliyini isə Muhamməd Abdullah icra edib. Klipdə çəkilən aktyor və aktrisalar bunlardır: Rasim Məmmədov, Pərvinə Quliyeva, Zemfira Sadıqova, Leyla İbrahimli, Eltən Əlizadə, Vidadi Məmmədov, Əliəkbər Həsənzadə, Vidadi Bağırov, Kumeyl Əlizadə, Yusif Mikayılov, Gülsurə Kərimova, Gülşən Xanım. ANS PRESS sözügedən video-çarxı sizə təqdim edir:
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.