15 yaşlı Ramik kubokun sahibi adını qazanıb.
Dünən Gürcüstanın Ureki şəhərində Kik- boksinq üzrə Аvrovizya çempionatı keçirilib.
Oxu.Az xəbər verir ki, yarışda ölkəmizi “Qızıl Əlcək” idman klubunun yetirməsi 15 yaşlı Allahverdiyev Ramik Rafail oğlu təmsil edib.
Tanınmış əməkdar məşqçi Rəhim Allahverdiyevin və məşqçi İlqar Yusifovun yetirməsi olan Ramik Allahverdiyev onunla finala qalan Ermənistan təmsilçisini dəfələrlə nakdaund vəziyyətinə salaraq kubokun sahibi adını qazanıb.