Rejissor Kənan Mahmudovun (Kənan M.M.) həbs olunması, onun müğənni Vüqar Muradovla münaqişəsi barədə bütün söz-söhbətlərin mayası aşağıda baxacağınız videokadrlardadır.
Bu kadrlardan görünür ki, onlar boksçu forması, əlcəyi geyərək rinqə çıxıblar. Bu, iyun ayının 24-də baş verib. Yarışın adı “Ulduzların döyüşü” imiş. Həmi döyüşdə fiziki baxımdan daha güclü olan müğənni rejissora qalib gəlib.
Videolentdən də aydın görünür ki, rəqibinə nisbətən qolu daha uzun olan Vüqar ona daha çox zərbələr endirir və Kənan bir neçə epizodda yıxılır, səndələyir və yumruq zərbələrini necə gəldi, hara gəldi, atır.
Bununla belə, Vüqarın qələbəsi Kənanın zədələnməsi üzündən daha tez başa gəlir.
Əslində döyüş davam etsəydi də, müğənni qalib gələ bilərdi, amma rejissorun zədələnməsi bu işi tezləşdirir.
Onların arasındakı münaqişənin kökü burdadır. Sonra nə olubsa, kim kimin dalınca nə deyibsə, kimin yaxınları harda nə danışıblarsa, kim kimi qızışdırıbsa, təfərrüatdır və bunu artıq polis araşdırır.
Bilinən odu ki, rinqdə qalmalı olan döyüşmə real həyata da inikas edib və rinq döyüşü təcridxanada bitib.
P.S. 38 dəqiqəlik videolenti rahat baxılması üçün əməkdaşımız Məhəmməd Türkmən montaj edərək 5 dəqiqəlik varianta salıb.
Musavat.com