Dünən ermənilərin Ağdam rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərdən biri İbrahimov Elnur Məhyəddin oğlu dəfn edilib.
APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhid Elnur İbrahimov anadan olduğu Vladimirovka kənd qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhum hərbçinin xidmət etdiyi hərbi hissənin rəhbərliyi, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağdam istiqamətində şəhid olan hərbçilərdən biri, 19 yaşlı Səftər Əlihüseyn oğlu Məmmədov Salyan rayonunda torpağa tapşırılıb.
APA-nın bölgə müxbirinin məlumatına görə, şəhid doğulduğu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunub.
Səftər Məmmədov ailənin yeganə oğlu, 3 bacının kiçik qardaşı olub.
Allah rəhmət eləsin!