Ötən gecə ermənilərin atəşkəs rejimini pozması nəticəsində Ordumuz xeyli itki verib. Mətbuatda ölənlərin sayının 11 olduğu bildirilsə də, Müdafiə Nazirliyi cəmi bir hərbçi barədə məlumat yayıb.
AzVision.az xəbər verir ki, şəhid düşən hərbçilərimizin adını təqdim edir:
Şəhidlərimizdən biri 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğludur. O, ötən gecə saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Digər şəhidimiz Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur.
Şəhid olan əsgərlərdən biri Oğuz rayonundan hərbi xidmətə çağırılan Vüqar Poladov, digəri isə Elnur İbrahimovdur.
Şəhid olan hərbçilərimizdən daha biri haqqında isə isə millət vəkili Qənirə Paşayeva məlumat yayıb: “Ermənistanla ön cəbhədə hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu şəhid olub. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Millətimizin başı sağ olsun ! İşğalçı Ermənistan isə Allahın lənətinə gəlsin”.