46 yaşında dünyasını dəyişən yanınmıştürkiyəli müğənni Murat Göyəbaxan üçün cənazə namazı qılınıb. APA TV-nin məlumatına görə, İstanbuldakı Fatih məscidindəki mərasimə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb. Müğənninin ailəsinə başsağlığı verən baş naziri mərasimdə bir sıra dövlət rəsmiləri müşayiət ediblər.
Cümə namazından sonra Murad Göyəbaxan üçün cənazə namazı qılınıb, halallıq istənilib. Daha sonra tabut cənazə avtomobilinə aparılıb. Tabuta Rəcəb Tayyib Ərdoğan da çiyin verib.
Rəcəb Tayyib Ərdoğan müğənnini oğlu və qardaşı bilə bir müddən söhbət edib.
Murad Göyəbaxanın cənazəsi İstanbuldakı Atatürk hava limanından Adanaya göndərilib. Sənətçi bu gün dəfn ediləcək.