İstanbulun “Fənərbaxça” klubunun texniki direktoru Ersun Yanal Əziz Yıldırımla arasındakı problemlər səbəbiylə istefa verib.
Virtualaz.org saytı xəbər verir Ki, Ersun Yanal ötən il komandanı Türkiyə çempionu etmişdi.
Ersun Yanal istefasını Türkiyə mətbuatına yazılı şəkildə göndərib.
“Vəzifəyə gəldiyim mövsüm komandamızı çempion etmiş bir texniki adamam. Amma bu günkü şərtlərdə vəzifəmi davam etdirmək mümkün deyil. Direktorluğum dövründə mənə dəstək olan “Fənərbaxça” tərəfdarına, rəhbərliyinə, media və idman ictimaiyyətinə təşəkkür edirəm”- deyə E.Yanal qeyd edib.