Rusiyanın “Rossiya 1” kanalında efirə gedən “Arkadi Mamontovun müəllif verilişi” proqramında ölkəmizə qarşı növbəti təxribat baş verib.
Axar.az xəbər verir ki, verilişin sonuncu buraxılışında ekspert qismində çıxış edən Olqa Krıştanovskaya adlı politoloq sosiologiyanın amerikalı klassiki Samüel Hantiqtondan nümunələr gətirərək, Dağlıq Qarabağı Azərbaycana keçmiş SSRİ-nin verdiyini səsləndirib.
Ən diqqət çəkən məqam isə xanım politoloqun verilişdə Rusiya Dövlət Dumasının erməni əsilli üzvü Semyon Baqdasarovla birgə çıxış etməsidir. Aydın məsələdir ki, proqramda Dağlıq Qarabağın “tarixi erməni torpaqları” olaması “pas”ını da elə Rusiyanın ikinci Jirinovskisi – erməni Baqdasarov verib.