Onu qalmaqallı müğənnilər sırasına aid etmək olmaz. Amma haqqında yetərincə dedi-qodu, söz-söhbətlər olub. Ulduz olmasa da, yetərincə tanınır. Şühbəsiz ki, nə dərəcədə sevildiyini tamaşaçılar bilir.
Beləliklə, Publika.az müğənni Sevinc Ağaşirinovanın müsahibəsini təqdim edir.
-Sevinc, yaradıcılığında hansı yeniliklər var?
-Yeni mahnılar yazdırmışam. Yaxın zamanlarda Eldar Dalqatovun “Ol mənim Sevgilim” mahnısına klip çəkdirəcəyik. Bir müddət öncə isə “Sən d get” adlı mahnıya klip çəkdirdim. Fikrimcə çox yaxşı klip alınıb. Hətta deyərdim ki, Azərbaycanda belə bir klip çəkilməyib.
-“Ol mənim sevgilim” mahnısını Dalqatov sənin üçün yazılıb?
-Yox, özü ifa edib. Sonra mənim də ifa etməyimi istədi. Ancaq mən fərqli aranjımanda təqdim edəcəyəm. Onunla Nabranda, Bakıda konsertlərimiz olmuşdu.
-Yeri gəlmişkən, həmin konsertləri kim təşkil etmişdi?
-Birini Ramiz Hüseynzadə, digərini isə Samir Xəttab
-İndiyə kimi solo konsertin olub?
-Xeyr, olmayıb.
-Düşünürsən ki, solo konsert etsən gələn olmaz?
-Gələn il solo konsertim olacaq.
-Amma məncə özünə əmin deyilsən.
-Söhbət ondan getmir. İstəyirəm yaxşı konsert olsun da. Yolaverdi konsert istəmirəm.
-Neçə ildir oxuyursan?
-Peşəkar səhnədə 5 ildir varam.
-Yaşına baxanda sənətə nisbətən gec gəlmisən…
– İlk dəfə səhnəyə aparıcılıqla gəlmişəm. Sonradan üzərimdə işlədim, toylara getdim və peşəkar səhnəyə çıxdım.
-Deyəsən yoldasan. Hara gedirsən?
-(gülür) Şəmkirə toya gedirəm, indi Ağdaşdayam.
-Bəs uşağa kim baxır?
-Uşağı anama əmanət eləmişəm. Evdə olanda da özüm baxıram.
-Bir müddət öncə efirdə səninlə böyük bir anlaşılmazlıq yaşadıq. Hətta qalmaqal deyərdim buna. Bildiyimə görə ondan sonra yaxınların da sənə qarşı çıxmışdılar. Nə baş vermişdi?
-Bu barədə danışmaq istəmirəm.
-Hər halda aydınlıq gətirməyini istərdim.
-İstəmirəm. Səni günahlandırmaq istəmirəm axı.
-Hazırda həyatında olan şəxslə rəsmi nikahdasan, yoxsa vətəndaş nikahıdır?
-Şəxsi həyatımı gizli saxlamışam. İlk dəfə ailə həyatı quranda da gizli saxlamışdım. Bircə kəlmə demişəm ki, ailəliyəm.
-Birinci dəfə ailə quranda toyun olmuşdu?
-İlk dəfə toy olmuşdu. Amma ikinci dəfə ailələrin iştirakı ilə özəl bir məclis oldu.
-İndikini vətəndaş nikahı saymaq olar?
-Yox, rəsmi nikah sayılır. Sadəcə təmtəraqlı toy eləmədim. Bir də görürsən kimsə bu il bir dəfə toy edir, ayrılır, gələn il yenə evlənir və səni çağırır(gülür). Mən belə istəmirəm.
-Kimdir o dediyin?
-Yəni belələri olur da.
-Yoldaşın sənət adamıdır yoxsa?
-Yox, sənət adamı deyil.
-5-6 ildir səhnədəsən. Amma hələ də “partlayış” edəcək işin olmayıb.
-Çünki həmişə övlad həsrətində olurdum, fikrim qarışırdı.
-Uşaqdan sonra da elə bir işin yoxdur
-Niyə? Hələ 3 aydır başlamışam da.
-Çoxları hesab edir ki, o qədər də uğurlu sənətçi deyilsən
-Onu zaman göstərəcək. İndidən mən nə deyim?
-Düşünürsən ki, peşəkar müğənnisən?
-Əlbəttə. Əgər məclislərdə təbdirlərdə canlı oxuya bilirəmsə, mənə etibar edirlərsə, deməli, peşəkar müğənniyəm. Efirlər məni çağırır.
-Efirə çağırılmaq sənət meyarı sayıla bilər?
-Baxır kimi efirə çağırırlar da. Mən də hər zaman işimi göstərən müğənniyəm. Çalışıram ki, daha da püxtələşim. Heç vaxt demərəm ki, mənim qabağıma heç kim çıxa bilməz.
-Son vaxtlar ciddi şəkildə idmanla məşğulsan deyəsən.
-İdman mənim həyatımn bir hissəsi olub artıq. 5-6 aydır daha çox meyl etmişəm və getdikcə də sevməyə başlamışam. İndi idmansız qala bilmirəm. Məncə qadın sənətçilər arasında əsl idmanla məşğul olan mənəm.
-Amma şou-biznesdə var idmanla məşğul olanlar. Məsələn, prodüser Təranə Səmədova.
-Ola bilər. Müğənnilərin vaxtı yoxdur deyə məşğul ola bilmirlər.
-Guya prodüserin vaxtı olur ki?
-Vaxtım olan kimi idmana qaçıram. İstəyirəm özümə fikir verim, artıq çəkim olmasın.
-Həm də yaş keçir…
-Bəli, o da var.
-1-2 il əvvəl mətbuatda açıq-saçıq fotosessiyaların yayımlanırdı. Bu, yenidən ola bilərmi?
-Bu haqda düşünmürəm. Açıq-saçıq fotolardan uzağam.
-Özün istəmirsən, yoxsa qadağa var?
-(gülür) Həm özüm istəmirəm, həm də qadağa var. Hələ ki, qadağaları aşmaq istəmirəm
-Ola bilər qadağanı keçəsən?
-Ola bilər. Ümumiyyətlə heç vaxt “bu işi görməyəcəm” demək istəmirəm. Elə bir layihə ola bilər ki, açıq-saçıq fotolarım da olsun.
-Niyə cəmiyyətdə şou-biznes haqda çox mənfi fikirlər var? İnsanlar düşünürlər ki, onların işi ancaq evlənib- boşanmaqdan, dava-dalaşdan ibarətdir. Razısan?
-Əslində bütün sahələrdə belə şeylər baş verir. Bizdə nə baş verirsə, bayıra sızır, gündəmə gəlir.
-Əksəriyyəti isə belə məsələləri PR üçün sızdırırlar.
-Razıyam, elələri də var.
-Sən özün qurulmuş qalmaqalda iştirak etmisən?
-Yox, olmayıb. İndiyə kimi qalmaqalda görmüsən məni?
-Yalnız mənimlə olan anlaşılmazlığımız yadımdadır.
-Sosial şəbəkələrdə də çox fəalsan.
-Bəli. Orda bəzən adama elə şeylər yazırlar ki, əsəbləşirəm.
-Məsələn?
-Salam yazırlar, cavab verməyəndə küsürlər. Mən də hamısına cavab verə bilmirəm axı. Nazlı pərəstişkarlarım var(gülür).
-Düşünürsən ki, sənin də bu ölkədə pərəstişkarların var?
-Nə bilim.
-Yaxın qohumları demirəm ha…
-Onların səmimiyyətinə tam inanmaq olmur. Adam öz istədiyinə inana bilmir, o ki qaldı yad insanlara.
-Səncə neçə nəfər pərəstişkarn var ölkədə?
-Onu bilmirəm. Bəlkə beş nəfərdi, bəlkə min nəfər. Bəlkə lap çoxdur, yaxud heç yoxdur. Durum deyim ki, hamı məndən ötrü ölür?
-Toy qiymətin neçədir?
-Lazım olanda bütün toyu idarə edirəm. Bəzən də yarım saat öz repertuarımla iştirakım olur.
-Neçəyə?
– Baxır adamına.
-İndi Şəmkirə yarım saatlıq gedirsən?
-Yox, bütöv toya. Qiyməti prodüserim danışıb. Görüm axırda mən nə qədər verəcək? (gülür) Bakıda yarım saatı 500-1000 arası gedirəm.
http://s016.radikal.ru/i334/1408/37/f8e42310b0e2.jpg
http://s019.radikal.ru/i638/1408/27/c38dd31cf311.jpg
http://s010.radikal.ru/i311/1408/2b/93446b4050a3.jpg
http://s017.radikal.ru/i411/1408/25/d15d68f78b2e.jpg
http://s018.radikal.ru/i502/1408/a2/2bfd2937e25f.jpg
http://s009.radikal.ru/i310/1408/e1/f80e9cefdad5.jpg
http://s019.radikal.ru/i638/1408/06/e45067e95860.jpg
http://s020.radikal.ru/i704/1408/93/7d32b5ef404f.jpg
http://s019.radikal.ru/i631/1408/91/aed395edf7db.jpg
http://s017.radikal.ru/i429/1408/0b/1f5e194ddf6b.jpg
http://s017.radikal.ru/i417/1408/3f/13fd5de1cc52.jpg
http://s017.radikal.ru/i436/1408/82/e63cb7113603.jpg
http://s017.radikal.ru/i429/1408/f2/2d362ff83d4a.jpg