Avropa Liqasının pley-off mərhələsində avqustun 21-i keçiriləcək “Qarabağ” – “Tvente” matçının başlama saatı açıqlanıb.
Qol.Az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 28-də Hollandiyada keçiriləcək.