Azərbaycanda havanın temperaturu yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 16-da hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 , dağlarda gecə 12-17, 25-30 dərəcə isti olacaq.