Bakının mərkəzində avtobus sürücülərinin özbaşınalığı davam edir. APA TV-nin məlumatına görə, dünən axşam 19.15 radələrində Bayıldan şəhər mərkəzinə doğru hərəkət edən 88 nömrəli marşrut xəttin avtobusu qarşı yola çıxaraq tam sürətlə irəliləyib. “10 TH 025” dövlət nömrə nişanlı avtobusun sürücüsü sərnişinlərin etirazına məhəl qoymayaraq yoluna davam edib və bir neçə dəfə qəza şəraiti yaradıb. Avtobus sürücüsünün şəhərin mərkəzində başgicəlləndirən tryukları sərnişinlər tərəfindən lentə alınıb.
Qeyd edək ki, Dövlət Yol Polisinin əməkdaşları dünən avtobuslarla bağlı reyd keçirib, 120-dən çox avtobusu cərimə meydançasına aparıb. Kadrlarda əks olunan avtobus sürücüsünün xuliqanlığı məhz reydlər keçirilən gün baş verib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.