Mərhum Zoya Məhərrəmovanın öldüyü deyilən oğlu sağ olduğunu bildirdi
İki gün əvvəl özünü asaraq intihar etmiş Bakı sakini 64 yaşlı Zoya Məhərrəmovanın oğlunun və ərinin də eyni aqibətlə dünyalarını dəyişmələri barədə yazılan xəbərlər öz təsdiqini tapmadı.
Mərhumun öldüyü deyilən oğlu anspress-ə zəng vuraraq sağ-sağlam olduğunu, atasının da tamamilə başqa səbəbdən dünyasını dəyişdiyini bildirdi.
“Dünən dəfn etdim anamı. Ailəmiz haqqında yazılanları dostlarım mənə çatdırdı. Yazılanlara görə mən və atam özümüzü asaraq intihar etmişik. Sizə düzgün məlumat ötürməyiblər. ”
Adının açıqlanmasını istəməyən oğul anasının özünə qəsd etməsinin səbəbini açıqladı: “Anamın qardaşı 1997-ci ildə özünü asaraq intihar etmişdi. Dayımın faciəsi anama böyük sarsıntı yaşatmışdı. Anam bu illər ərzində sakitləşə bilmirdi. Bilirdim özünə nəsə eləyə bilər… Çox qorudum, amma sonunda bacarmadım. Anam eynilə dayım kimi özünə qəsd etdi. Eyni otaqda eyni qarmaqla özünü asdı.”
Xatırladaq ki, 14 avqust axşam saat 18:35 radələrində Bakının Nərimanov rayonu ərazisində 64 yaşlı qadının asılmış meyiti tapılıb. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli 36, mənzil 38 ünvanında baş verib. 26.09.1950-ci il təvəllüdlü Zoya Aleksandrovna Məhərrəmova asılmış meyiti tapılıb. Meyiti tibbi müayinə etdikdən sonra məlum olub ki, qadın intihar edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.