Amerikalı aktyor Silverster Satallone verilişlərin birində maraqlı açıqlamalar edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, həmkarı Arnold Şvartseneqqerə nifrət etdiyini deyib:
“Biz hər zaman rəqabətdə idik. Münasibətimizə ən uyğun söz “nifrət”dir. Mən ona o qədər nifrət edirdim ki, bu, məni bütün günü idman zalına getməyə məcbur edirdi. Amma ona çox hörmət edirəm. O, çox mükəmməldir. Əldə etmək istədiyi hər şeyi bacardı. Digər tərəfdən isə onu boğmaq istəyirdim. Mən “Rembo”ya çəkildim, o isə “Kommandos”da rol aldı və bu, son deyildi.”