İranın İlam əyalətində 6.1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, zəlzələ nəticəsində 50-dən çox adamın yaralandığı bildirilir. Yerli vaxtla saat 07.02-də baş verən zəlzələ nəticəsində ölən olmayıb. Zəlzələdən sonra bölgədə telekommunikasiya binası dağıldığı üçün internet əlaqəsi kəsilib, elektrik və su verilişi dayanıb.
***
Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, zəlzələ nəticəsində ölənlər olmasa da, çoxlu sayda zərərçəkənlər var. Təkcə Abdanan şəhərində 40-dan çox insan xəsarət alıb.