“Öz müştərilərimizə ən yaxşı məhsullarımızı təqdim etmişik”.
Bakı sakini yemək yemək üçün məşhur fast-fud restoranı olan McDonalds-a getməyinə peşman olub. Belə ki, gecə vaxtı restorana gələn sakin aldığı “roll”un kifləndiyini fərq edib.
Məsələyə McDonalds-ın Bakı filialı aydınlıq gətirib. Restoranın əməkdaşı olan Anar Osmanov Milli.Az-a açıqlamasında bu məqamla bağlı heç bir şikayət daxil olmadığını bildirdi.
“McDonalds-un bütün malları, istər ölkədaxili hazır olan, istərsə də xaricdən gələn malları yoxlanılaraq müştərilərə təqdim edilir.
Bir neçə saat bundan öncə şəxsən özüm bütün heyətlə anbarlar və restoranlarda gigiyenik cəhətdən yoxlanış keçirtdik. Həmin “roll”arda belə kif deyilən bir şey aşkarlanmadı.
Biz həmişə çalışıb öz müştərilərimizə ən yaxşı məhsullarımızı təqdim etmişik. Əgər bu cür problemlə rastlaşsaydılar, dərhal bizə xəbər verərdilər”, – Anar Osmanov deyib.
Milli.az
http://i064.radikal.ru/1408/71/8af8fd7b9ee0.jpg
http://s017.radikal.ru/i409/1408/1d/fb57fa1b0d5d.jpg
http://s020.radikal.ru/i713/1408/d3/143ec49cfb0f.jpg
http://i016.radikal.ru/1408/16/428111a68d0b.jpg
http://s017.radikal.ru/i442/1408/5a/f776870bb116.jpg
http://s017.radikal.ru/i401/1408/4e/a4875b4c2351.jpg