Bu, artıq birinci belə hadisə deyil. Ceki Çanın oğlu narkotik vasitələri yaydığına görə edam edilə bilər. Asayiş keşikçiləri 31 yaşlı Ceysi Çanı Pekində yaxalayıblar. Oxu.Az PCH-yə istinadən xəbər verir ki, Çin polisi hadisə ilə bağlı şərh verməkdən imtina edib. Qanuna görə Çində narkotik vasitələrin istehsalı və yayımına görə edam hökmü verilir. Birinci dəfə deyil ki, Hollivud ulduzlarının uşaqları narkotiklərlə tutulur. İyun ayının sonunda polis kokain saxladığı üçün Robert Dauninin 20 yaşlı oğlu İndionu saxlayıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.