Azərbaycan Ordusunda silahlı insident olub. APA .az xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.