İraq Şam İslam Dövlətinin (İŞİD) döyüşçüləri amerikalı jurnalist Ceyms Foulinin başını kəsiblər.
Edamdan qabaq terrorçular video vasitəsilə Amerikaya da müraciət ediblər.
“A Message To America” (Amerikaya mesaj) adlı videoda Foulinin çıxışı və edamı lentə alınıb. Lakin dünən həmin video silinib.
Başqa bir videoda isə döyüşçülər ABŞ-ın öz qoşunlarını İraqdan çıxarmağa səsləyiblər. Onlar əks təqdirdə daha bir əsir götürülmüş amerikalı jurnalist Coela Kotloffu edam edəcəklərini bildiriblər.
Videoda Fouli ölümqabağı çıxışında ölümündə Amerikanı günahkar hesab etdiyini bildirib.
“Mən öz dostlarımı, ailəmi və sevdiklərimi mənin əsl qatilim olan ABŞ hökumətinə qarşı qalxmağa çağırıram”, – Fouli bildirib.
Axar.az