Ötən gecə İspaniya Superkubokunun ilk oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, fəxri mükafat uğrunda son Kral Kubokunun qalibi Madridin “Real” klubu ilə ölkə çempionu “Atletiko”(Madrid) üz-üzə gəliblər.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.
Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə – 1985-ci ildə İspaniya Superkubokunu qazanıb. “Real” isə buna qədər 9 dəfə bu mükafa sahib olub.
20 avqust
İspaniya Superkuboku, ilk oyun
02:00. “Real” (Madrid) – “Atletiko” (Madrid) – 1:1
Qollar: Rodrigez, 81 (1:0), Qarsia, 86 (1:1)