ALS xəstəliyindən əziyyət çəkənlərə yardım üçün yaradılan və dünya məşhurlarının qatıldığı “bir vedrə buzlu su” kampaniyasının yaradıcısı qəzada dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı Corey Griffin iki mərtəbli evin damından suya atlayıb və elə həmin anda ölüb. Dostu ALS xəstəliyindən əziyyət çəkdiyi üçün Grifftin başlatdığı kampaniyada indiyə kimi Hollivud ulduzları və məşhur müğənni, idmançılarla yanaşı, Bill Gates, Mark Zuckerberg, Corc Buş da iştirak edib.