Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, “Neftçi” ilə yanaşı “Qarabağ” da bu gün meydana çıxıb.
Ağdam təmsilçisi öz meydanında Hollandiyanın “Tvente” klubunu qəbul edib . “Tvente” Qurban Qurbanovun komandası üçün tanış rəqib idi. 2009-cu ildə “Qarabağ” məhz Avroliqanın pley-off mərhələsində o dövrdə Hollandiya çempionu olan “Tvente” ilə qarşılaşmışdı. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan komandamız doğma meydanında qolsuz heç-heçə ilə meydanı tərk etmişdi.
Bu matçda da “Qarabağ” doğma meydanda rəqib qapısına yol tapa bilməyib. Qarşılaşma 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.