Məşhur müğənni Röya Ayxan yeni mahnısının bir qismini sosial şəbəkədə təqdim edib.
ANS PRESS-in məlumatına görə, ifaçı ötən gün İnstaqram səhifəsində mahnının sözlərini paylaşıb. Sözügedən mahnını ifa edərkən özünü görüntüləyən Röya bunun yeni albomuna daxil edəcəyi sonuncu bəstə olduğunu qeyd edib:
“Bu da növbəti alboma daxil olacaq sonuncu mahnıdan bir parça. Bu il sizi ağladacam ey…”.
Mahnının bir hissəni sizə təqdim edirik:
“Yastığa-yorğana, geydiyin əşyalara
Səni hər yerdə, hər şeyə qısqanmışam.
Yanımda mənə yad qəlbə, yad adamla
Bir yastığa baş qoymaq olmur asan”.