Qızlardan birinin anası dava zamanı Azərbaycandan olan oğlanı döyüb.
Qazaxıstan parlamentinin deputatı Svetlana Romanovskaya Türkiyə kurortlarından birində azərbaycanlı oğlana görə bir-birini qana bulayan iki qazax qızı haqda yazıb.
Romanovskaya Facebook səhifəsində bildirib: “Azərbaycandan olan oğlana görə bizim ölkəmizdən olan iki qızın bir-biri ilə qan axana qədər necə dalaşdıqlarını müşahidə etdim…Polis çağırdılar…Ümumiyyətlə!!!! Bütün otel 4 gündür ancaq bu haqda danışır və yazır”.
Deputatın statusunda deyilir ki, dalaşan qızlardan birinin anası dava zamanı Azərbaycandan olan oğlanı döyüb. “Mən də bu qırğını dayandırmağa çalışdım” Romanovskaya yazır
Virtualaz.org