Xəbər verildiyi kimi, Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında Polad Ələmdar obrazını yaradan aktyor Necati Şaşmazın qardaşı ilə ortaqlığı qalmaqallı şəkildə bitmişdi.
Avropa.info-nun məlumatına görə qardaş davası son pərdəyə çatıb. Racı Şaşmazın göndərdiyi xəbərdarlıqdan sonra Necati Nişantaşıdakı ofisi boşaldıb.
Necati Şaşmaz “Pana Film”i Çamlıcada yeni ofisə köçürüb.
“Kurtlar Vadisi”ndə əvvəlcə “beyin” komandası serialı tərk edib. Daha sonra iki qardaş arasında dava-dalaş başlayıb. Beləliklə, serialla maraqlanmamaqda qardaşını günahlandıran Necati çəkilişlərə tək başına davam etməyə qərar verib.
“Kurtlar Vadisi”ni birlikdə çəkən Necati və Raci qardaşları keçən il yollarını ayırıb.
7 mərtəbəli lüks binanın sahibi Raci vəkili vasitəsiylə xəbərdarlıq göndərərək məkanı boşaltdırıb.