Sentyabrın 29-da Xəzəryanı dövlətlərin prezidentlərinin Rusiyada görüşü keçirilcək.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan,Qazaxıstan, Türkmənistan, İran və Rusiya prezidentlərinin sayca 4-cü ortaq görüşü Həştərxan şəhərində keçiriləcək.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşə razılıq verib və sentyabrın 29-da Həştərxana gedəcək.
Onu səfərdə xarici işlər naziri Məhəmməd Cavad Zərif müşaiyət edəcək.
Qeyd edək ki, məlumatı İran diplomatik qaynaqları yayıb.