Müğənni Sevinc Musayeva “İncə sənət”də bəyənmədiyi kişi tiplərindən söhbət açıb.
Subay ifaçı çox gülən kişilərdən xoşu gəlmədiyini bildirib.
“Kişi əvvəla insan adam olmalıdır. Güləndə kişinin dişlərini görünməməlidir. Belələrinə kişi kimi baxa bilmirəm. Əgər həyat yoldaşımın dişləri çöldə qalsa, çətin ki, buna dözə biləm.”
Sevinc Musayeva sosial şəbəkədə yazışan xanımların özlərinə hörmət qoymamasından, ucuz reklama əl atmalarından gileylənib.
“Facebook-da elə insanlar var ki, özlərini meymun yerinə qoyurlar. Özlərini ucuz şəkildə reklam edirlər. Xanım necə səhifəsini açıq qoya bilər ki, onu tanımadığı adamlar izləsin? Mən də sosial şəbəkələrdə varam, amma heç birinə cavab vermirəm. Gərək işimi-gücümü atıb onlara cavab verəm“.
Gecce.az