“Ermənistanın üzvlüqüyünə Gömrük İttifaqında hamı sevinmir”. Musavat.com-un News.am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində deyib.
“Təbii ki, Gömrük İttifaqı bir ölkə deyil və mən hamının sevinməməsi fikri ilə razıyam. Biz öz problemləri olan balaca ölkəyik. Əlbəttə, hansısa ittifaqa qoşulmağımız bu ittifaqın üzvləri üçün müəyyən problemlər yaradır”, – Ermənistan lideri əlavə edib.
Bununla belə, Serj Sarkisyan Ermənistanı Gömrük İttifaqında üzvlərin hamısının görmək istəməməsi ilə bağlı fikirlərlə razılaşmadığını bildirib: “Əgər istəməsəydilər, bu məsələyə veto qoyardılar”.
O, Ermənistana Gömrük İttifaqına qoşulmaq üçün təzyiqləri olması barədə iddiaları da təkzib edib.