Yaşının 23-cü baharında torpağa qovuşdu.
İntihar edən 23 yaşlı müğənni Sura Əsgərlinin sosial şəbəkədə illər öncə lentə alınan videoları yayılmaqda davam edir.
Oxu.Az xəbər verir ki, videonu YouTube kanalında istifadəçilər paylaşıblar. Görüntülərdə mərhum ifaçı “Nereye böyle”, “Gülpembe” və digər adlı mahnıları ifa edir.
Qeyd edək ki, Sura Əsgərli əməkdar artist Tünzalə Ağayeva ilə “Qovuş ona” duetinə çəkdirdikləri kliplə geniş auditoriyaya tanındı.
Xatırladaq ki, müğənni avqust ayının 24-də Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı mənzildə özünü asaraq intihar edib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Həmin video-görüntüləri təqdim edirik: