Kembric hersoginyası Keyt Midlton daha çox uşaqların sevimlisi olan “The Simpsons” cizgi filminin qəhrəmanına çevrilib.
ANS PRESS-in məlumatına görə, cizgi filminin rəssamı Aleksandr Palombo maraqlı addım ataraq hər kəsdə təəccüb yaradıb. o, müasir dövrün dəb ikonası hesab edilən Keyt Midltonu yaradıcılığına əlavə edib. Rejissor yeni bölümdə şahzadənin həyat yoldaşına epizodik rol verib. Keyt ilə birlikdə cizgi filmində şahzadə II Yelizavetanı da görmək olar.
Qeyd edək ki, bir neçə gün öncə xarici mətbuatda hersoginya və II Yelizaveta arasında anlaşılmazlıq yaşandığı barədə xəbərlər yayılıb. Baş verənlərdən sonra Keyt Midlton evi tərk edib həyat yoldaşı və oğlu ilə birlikdə başqa imarətgaha köçüb.